13:16 - 16.11.2024
16 noyabr, Fineko/abc.az. 2024-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin oktyabr ayına nisbətən 3.4 faiz artım edib ki, bu da sentyabrda qeydə alınan 3.5 faizdən aşağıdır.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz, qeyri-qida məhsulları üzrə 2,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,8 faiz artıb.
2024-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz təşkil edib.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026