11:18 - 15.11.2024
15 noyabr, Fineko/abc.az.Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) beşinci günündə Yaşıl Zonada növbəti tədbiri keçirilib.
ABC.AZ xəbər verir ki, Ticarət və İnvestisiya Pavilyonunda keçirilən tədbirdə "Yaşıl artım portalı"nın təqdimatı olub.
Portal Azərbaycan İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində hazırlanıb.
Təqdimata Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov da qatılıb.