İnflyasiya hədəfə yaxınlaşdıqca AMB dərəcələri azaltmağa davam edəcək

11:05 - 15.11.2024


15 noyabr, Fineko/abc.az. Avropa Mərkəzi Bankı (AMB) qiymətlər nəzərdə tutulan məqsədə yaxınlaşdıqca faiz dərəcələrini aşağı salmağa davam edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Avropa tənzimləyicisinin vitse-prezidenti Luis De Hindos bildirib.

"Avropa Mərkəzi Bankı faiz dərəcələrini daha da azaltmaq yolundadır, çünki avrozonaya dair son məlumatlar inflyasiyanın Bankın 2% hədəfinə çatmaq yolunda olduğunu göstərir", — deyə o bildirib.

De Hindos, inflyasiyanın hədəfə təsirli bir şəkildə yaxınlaşacağı və AMB proqnozlarının yerinə yetiriləcəyi təqdirdə, "dekabr və ya yanvar aylarında baş verənlərdən kənara çıxan pul siyasətindəki dəyişikliklərin uyğun olacağını" da qeyd edib.

Ötən ay AMB əsas faiz dərəcəsini 25 baza bəndi azalaraq 3,25%-ə endirib. Bu, cari ildə üçüncü enişdir.