Trampın qələbəsi Lirəyə "düşdü" - Yeganə dəyər qazanan valyuta Türk pulu oldu

17:23 - 6.11.2024


6 noyabr, Fineko/abc.az. ABŞ-dakı seçkilərin başa çatması və Donald Trampın yenidən prezidənt seçilməsi əksər valyutaların məzənnəsinə təsir edib.

ABC.AZ xəbər verir ki, Donald Trampın yenidən Ağ Evə qayıtması perspektivi fonunda bir çox valyutaların dəyər itirməsinə baxmayaraq Türk lirəsi dollar qarşısında dəyər qazanan yeganə pul olub.

Belə ki, Lirə Bakı vaxtı ilə saat 13:55-də dollar qarşısında 0.3% dəyər qazanıb.

Məsələdən məlumatlı treyderlərin bildirdiyinə görə, bu, dövlət banklarının güclü dəstəyi və xarici fondların bazara daxil olmasına təşviqi ilə bağlıdır.

Treyderlər, açıqlama verməyə icazə verilmədiyi üçün adlarının açıqlanmasını istəməyib.

Müəllif: Elmir Murad