10:34 - 4.11.2024
4 noyabr, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” Türkiyənin suveren kredit reytinqini “B+”dən “BB-“ səviyyəsinə yüksəldib.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Beləliklə, Türkiyə bu il ərzində hər üç aparıcı agentliyin (S&P, “Moody's” və “Fitch”) reytinqlərində birdən birə iki pillə yüksələn yeganə ölkə olub.
Onun sözlərinə görə, S&P-nin qərarına təsir edən əsas amillər bunlar olub:
- İqtisadiyyatda tarazlığın bərpası;
- Cari əməliyyatlar hesabının kəsirinin və xarici maliyyələşdirmə ehtiyacının azaldılması;
- Türkiyə lirəsinin sabitləşməsi;
- Valyuta ehtiyatlarının gücləndirilməsi;
- Dayanıqlı dezinflyasiya prosesi.
“Hökumətin iqtisadi proqramı nəticəsində əldə edilən müsbət irəliləyişlər Türkiyənin ölkə risklərini də azaldıb və xarici borclanma dəyərlərini əhəmiyyətli dərəcədə ucuzlaşdırıb”, - M. Şimşek vurğulayıb. (Report)
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026