14:53 - 16.10.2024
16 oktyabr, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1 milyard 989 milyon manatının və yaxud 5,2%-nin fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
ABC.AZ Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,9% çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026