13:56 - 9.10.2024
9 oktyabr, Fineko/abc.az. Bu ilin 8 ayında Naxçıvan Muxtar Respublikasında istehsal edilmiş ümumilikdə 7 milyon 287,5 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
ABC.AZ xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi”ndən məlumat verilib.
Bu ilin 8 ayında “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş mənşə sertifikatlarına əsasən muxtar respublikada istehsal edilmiş məhsullardan Gürcüstana 2 milyon 774,3 min ABŞ dolları, Rusiyaya 993,5 min ABŞ dolları, Yəmənə 902,5 min ABŞ dolları, Qırğızıstana 823,7 min ABŞ dolları, Türkiyəyə 309,4 min ABŞ dolları və digər ölkələrə 1 milyon 484,1 min ABŞ dollar dəyərində ixrac olunub.
Bu ilin mart-sentyabr aylarında “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 244 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,8 % çoxdur. Bu ilin ötən dövründə verilmiş mənşə sertifikatlarından daxilolmalar 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 29,8 min manat təşkil edib.
18 Avqust 2026