Valyuta hərracında bankların tələbi 7,6% artıb

12:27 - 3.10.2024


3 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

ABC.AZ AMB-yə istinadən xəbər verir ki, oktyabrın 3-də keçirilən valyuta hərracında bankların tələbi 79,0 milyon dollar təşkil edib və tam təmin edilib.

AMB-nin məlumatına görə, bu, ötən hərracdan 5,6 milyon dollar (7,63%) azdır. Oktyabrın 1-də keçirilən valyuta hərracında AMB banklara 73,4 milyon dollar satıb.

Valyuta hərracının yekunları üzrə orta çəkili məzənnə 1,7000 AZN / USD təşkil edib.