Cəmi kredit portfelində BOKT və Kredit ittifaqlarının payı bu qədər azalıb

11:36 - 26.09.2024


26 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Mərkəzi Bank bank sektorundakı göstəriciləri açıqlayıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.7 faiz bəndi azalaraq 1.7% təşkil edib.

2024-cü ilin yanvar–avqust aylarında banklar tərəfindən 772.3 mln. manat xalis mənfəət, 1 mlrd. 148.2 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 6.6% və 7.9% daha çoxdur.

Cari ilin 8 ayında banklar tərəfindən ümumilikdə 175.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib.