15:53 - 24.09.2024
24 sentyabr, Fineko/abc.az. Azərbaycan 1992-ci ildə Dünya Bankına qoşulandan bəri biz etibarlı tərəfdaşlarıq. Bu müddət ərzində Azərbaycanın parlaq iqtisadi artımına və yoxsulluğun azaldılması sahəsində nailiyyətlərinə töhfə verə bildiyimizə görə şadıq.
ABC.AZ xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Ştefani Ştalmeyster AZƏRTAC-a müsahibəsində bildiriib.
O qeyd edib ki, Azərbaycan indi yeni çağırışlarla üz-üzədir və bu yeni çağırışlar yeni yanaşmalar tələb edir. "Azərbaycanın yeni inkişaf modelində dinamik qeyri-enerji özəl sektoru aparıcı rol oynamalıdır. Özəl sektorun ixtisaslı işçi qüvvəsinə olan ehtiyacı insan kapitalına sərmayə qoymaqla ödənilə bilər. Dövlətin rolu fəal investor, iqtisadiyyatın iştirakçısından makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsinə, insan kapitalına investisiya qoyulmasına və özəl sektor üçün məhdudiyyətlərin aradan qaldırılmasına doğru dəyişməlidir. Azərbaycanın uzunmüddətli tərəfdaşı kimi Dünya Bankı Qrupu bu mühüm keçidin uğurla həyata keçirilməsində Azərbaycana kömək etmək öhdəliyinə sadiqdir"-deyə Ş.Ştaleyster qeyd edib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026