Valyuta hərracında tələb 39,6% artıb

12:37 - 10.09.2024


10 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, sentyabrın 10-da keçirilən valyuta hərracında bankların tələbi 90,74 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, son hərracdan 25,74 milyon dollar (39,6%) çoxdur.

Sentyabrın 5-də keçirilən valyuta hərracında Mərkəzi Bank banklara 65,0 milyon dollar satıb.

Valyuta hərracının yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.