Niderland Kiyevə enerji infrastrukturunun təmiri üçün vəsait ayıracaq

16:49 - 3.09.2024


3 sentyabr, Fineko/abc.az. Niderland Ukraynaya enerji infrastrukturunun təmiri və humanitar yardım üçün 200 milyon avrodan çox yeni yardım paketi ayırmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə bazar ertəsi günü ölkənin Baş naziri Dik Shof bildirib.

Niderlandın Baş naziri Vladimir Zelenski ilə USQ-nin nəzarətində olan Zaporojye şəhərində görüşdüyünü bildirib.

"Biz Ukraynanın irəliləməsinə kömək etmək üçün əlimizdən gələni etməliyik. Yalnız cəbhədə deyil, insanların gündəlik həyatında da. Buna görə Hollandiya 200 milyon avrodan çox yeni bir yardım paketi təqdim edir", - deyə Schof yazıb.