16:21 - 3.09.2024
3 sentyabr, Fineko/abc.az. Rusiya dinc atom sahəsində layihələrin inkişafı sahəsində Monqolustanla əməkdaşlığa açıqdır.
ABC.AZ xəbər verir ki, bu barədə Vladimir Putin iki dövlət arasında sazişlərin imzalanması çərçivəsində bildirib.
"Biz həmçinin Rusiyanın ən müasir texnologiyalarına, o cümlədən kiçik modullu reaktorlardan istifadə etməklə dinc atom sahəsində birgə layihələrin həyata keçirilməsinə açıqıq", - deyə Rusiya lideri bildirib.
Putin onu da əlavə edib ki, Rusiya Monqolustana elektrik enerjisi tədarükünü davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Rusiya prezidenti sentyabrın 2-də Monqolustana gəlib və burada Sovet və monqol qüvvələri tərəfindən Xalxin-qol çayında Yaponiya üzərində Qələbənin 85 illiyi münasibətilə təntənəli tədbirlərdə iştirak edəcək.
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026