“Tutxun” təzahür sahəsində buruqqazma işlərinə başlanılıb

12:12 - 28.08.2024


28 avqust, Fineko/abc.az. Kəlbəcər rayonunda yerləşən “Tutxun” qızıl təzahürü sahəsində geoloji tədqiqatların ikinci mərhələsinin – ilkin kəşfiyyat işlərinin icrasına başlayıb.

ABC.AZ xəbər verir ki, bu qızıl təzahürü “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Şərqi Zəngəzur iqtisadi rayonunun inzibati ərazisinə daxildir.

QSC-nin məlumatına əsasən, “AzerGold” ümumi sahəsi 27 min 360 hektar olan təzahür sahəsində mina və partlamamış hərbi sursatlardan təmizlənmiş 5703 hektar ərazidə tədqiqatların 1-ci mərhələsini – axtarış-qiymətləndirmə işlərini yekunlaşdıraraq növbəti mərhələyə keçib. Tədqiqatların 2-ci mərhələsində ərazidə buruqqazma işləri həyata keçirilir.

Xatırladaq ki, “Tutxun” sahəsi Kəlbəcər rayonunda, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir. 1958-1990-cı illərə aid geoloji materialların araşdırılması və rəqəmsallaşdırılmasının nəticələrinə əsasən, sahədə qızıl, gümüş və qismən sənaye əhəmiyyətli mis minerallaşmasının olduğu proqnozlaşdırılır.