11:47 - 26.08.2024
26 avqust, Fineko/abc.az. 1 avqust 2024-cü il tarixinə Azərbaycan regionları (Bakı iqtisadi rayonu istisna olmaqla) üzrə bankların və Bank Olmayan Kredit təşkilatlarının kredit portfeli 5,82 milyard manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 15,65% çoxdur.
ABC.AZ xəbər verir ki, regionlar arasında kreditləşmənin ən yüksək artım tempi Qarabağ iqtisadi rayonunda qeydə alınıb – ötən ilin eyni dövrü ilə müqayisədə 21,4%. Cari ilin 7 ayı ərzində bu rayonda cəmi 456,44 mln. manatlıq kreditlər verilib.
Azərbaycanın iqtisadi rayonları üzrə kreditləşmə:
Naxçıvan – 411,16 milyon manat (+11%)
Abşeron-Xızı – 916,1 milyon manat (+13,8%)
Dağlıq-Şirvan – 172,76 milyon manat (+14,4%)
Gəncə-Daşkəsən – 747,78 milyon manat (+14,4%)
Qarabağ – 456,44 milyon manat (+21,4%)
Qazax-Tovuz – 479,2 milyon manat (+19,9%)
Quba-Xaçmaz – 422,6 milyon manat (+11%)
Lənkəran-Astara – 581,55 milyon manat (+14,2%)
Mərkəzi Aran – 521,06 milyon manat (+17,8%)
Mil-Muğan – 274,8 milyon manat (+20,15%)
Şəki-Zaqatala – 442,7 milyon manat (+20,67%)
Şirvan-Salyan – 398,2 milyon manat (+12,5%)
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026