Naxçıvanda yolların təmirinə 6,2 milyon manat xərclənəcək

11:10 - 26.08.2024


26 avqust, Fineko/abc.az. “Naxçıvan Yol Təchizat” MMC açıq tender elan edir.

ABC.AZ xəbər verir ki, elanda  Şərur rayon Müslüm-Muğancıq,Cəlilkənd-Düdəngə kəndlərinin avtomobil yolları və Babək rayon Nehrəm qəsəbəsinin daxili avtomobil yollarının əsaslı təmiri işləri  nəzərdə tutulub.

Müsabiqədə iştirak haqqı  1 500 manat təşkil edir.

Satınalan təşkilatın VÖEN-i: 0201612171

Satınalan təşkilatın ünvanı: Naxçıvan şəhəri Azərbaycan küçəsi №57

Ehtimal olunan qiymət: 6.222.826,80 AZN