Cari ildə avtomobil nəqliyyatı ilə sərnişin dasınmasından 538 784 min manat gəlir əldə olunub

14:41 - 21.08.2024


21 avqust, Fineko/abc.az. Azərbaycanda bu ilin birinci yarısında avtomobil nəqliyyatı ilə yük daşınmasından 441 376 min manat gəlir əldə olunub, bu da illik müqayisədə 10,9% çoxdur. Ötən ilin eyni dövründə qeyd olunan göstərici 398 138,3 min manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki,  cari ilin altı ayında avtomobil nəqliyyatı ilə sərnişin dasınmasından 538 784 min manat gəlir əldə olunub, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə (505 594,9 min manat) 6,6% çoxdur.

Qeyd edək ki, bu ilin birinci yarısında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 65 560,9 min ton yük, 848 584,9 sərnişin daşınıb, bu da illik müqayisədə müvafiq olaraq 7,9% və 8,6% çoxdur.