12:08 - 19.08.2024
19 avqust, Fineko/abc.az. Özbəkistanın Fərqanə vilayətində iri metallurgiya kompleksinin tikintisinə başlanılıb.
ABC.AZ xəbər verir ki,120 milyon dollar dəyərində olan layihə, Ruz Daşlak rayonunun Tarakkiet sənaye bölgəsindəki Çinin "Shandong Aipurui Steel Plate" şirkəti ilə əməkdaşlıqda həyata keçirilir və bölgə sənayesinin inkişafında yeni bir mərhələdir.
Üç mərhələyə bölünmüş bu iddialı layihə 500 yeni iş yeri yaratmağı nəzərdə tutur. İstehsalın ilk mərhələsinin 2025-ci ilin əvvəlində başlaması planlaşdırılır.
18 Avqust 2026