10:14 - 19.08.2024
19 avqust, Fineko/abc.az. Rusiyanın LDPR partiyasından olan bir qrup deputatı avqustun 19-da əmək miqrantlarının ailələrini Rusiyaya gətirməsini qadağan edəcək qanun layihəsi təqdim edəcək.
ABC.AZ xəbər verir ki, qanun layihəsi əcnəbilərin Rusiyada işləyənlərin qohumları olduqları təqdirdə ölkəyə girişinə qadağa qoyulmasını nəzərdə tutur. Bu, yalnız əmək müqaviləsi və ya patent əsasında ölkədə olan aşağı ixtisaslı mütəxəssislərə aiddir.
"Əmək miqrantlarının ailələri onları vətənlərində gözləməlidirlər. Rusiyaya gəldikdə, işləyən əcnəbilərin yaxınları kompakt anklavlarda yaşayır, öz dillərində danışırlar, yerli sakinlərə laqeyd yanaşırlar", - deyə LDPR lideri Leonid Slutski bildirib.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026