10:32 - 14.08.2024
14 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 821,2 milyon manatlıq avtomobil
benzini və dizel yanacağı satılıb. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % çoxdur.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən dövr ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,6 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,3 milyard manatlıq, o cümlədən 17,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 %, qeyri-ərzaq malları üzrə 5,3 % artıb.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026