İyunda Qazaxıstandan Azərbaycana 2 milyon dollar yaxın pulköçürmə olub

17:18 - 1.08.2024


1 avqust, Fineko/abc.az. Qazaxıstan Milli Bankı cari ilin iyun ayı üçün beynəlxalq pul köçürmələri barədə məlumat dərc edib.

Qazaxıstandan xaricə ümumi 200,35 min pulköçürmə əməliyyatı baş tutub ki, bunun da 1,34 mini Azərbaycanla bağlı olub və 884 milyon tengə (1,9 milyon dollar) təşkil edib.

Qazaxıstan Milli Bankı pul köçürmələri üçün ən populyar ölkələr sırasında Rusiya, Özbəkistan, Türkiyə, Gürcüstan və Qırğızıstanı qeyd edib.

© Azertag.az