Azərbaycanın strateji valyuta ehtiyatları təxminən 70 milyard dollar təşkil edir

10:54 - 31.07.2024


31 iyul, Fineko/abc.az. Tədiyə balansının başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin 6 ayında 4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.

ABC.AZ Mərkəzi Bankın press-relizinə istinadən bildirir ki, həmin dövrdə ölkənin strateji valyuta ehtiyatları 1.8% artaraq 69.7 mlrd. ABŞ dolları olub.

O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 1.1% artaraq 11.7 mlrd. ABŞ dollarına çatıb.