Bank VTB (Rusiya) İranın Mərkəzi Bankı və bankları ilə "broker münasibətləri" qurub

14:11 - 30.07.2024


30 iyul, Fineko/abc.az. Bank VTB (Rusiya) son aylarda İran Mərkəzi Bankı, eləcə də İslam Respublikasının kredit təşkilatları ilə "broker münasibətləri" qurub.

ABC.AZ xəbər verir ki, bundan sonra bank İran İslam Respublikasında bank əməliyyatları və xidmətlər göstərəcək.