Afrika ölkəsi buna görə qızıl alışını artırıb

10:48 - 26.07.2024


26 iyul, Fineko/abc.az. Getdikcə daha çox Afrika ölkəsi ABŞ-nin öz valyutasını təzyiq vasitəsi kimi istifadə etməsindən ehtiyat edərək və valyuta itkilərindən qorunmaq üçün qızıl alır.

ABC.AZ xəbər verir ki, bu barədə qiymətli metallarla əməliyyatlar üzrə ixtisaslaşan “Money Metals Exchange” rəqəmsal mübadilə platforması məlumat yayıb.

Qeyd olunub ki, 2024-cü ildə Zimbabve, Madaqaskar, Nigeriya, Tanzaniya, Uqanda və Cənubi Sudan qızıl ehtiyatlarını artırmaq üçün addımlar atıblar.

Belə ki, Afrika ölkələri Vaşinqtonun dolları digər ölkələrə qarşı silah kimi istifadə etməsindən, eləcə də ABŞ dövlət borcunun artmasının yaratdığı risklərdən narahatdırlar.