“Revolut” fintexi Böyük Britaniyada bank lisenziyası alıb

14:10 - 25.07.2024


25 iyul, Fineko/abc.az. “Revolut” fintexi Böyük Britaniyada bank lisenziyası alıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” yazıb. Məlumata əsasən, “Revolut” hazırda Litvada bank lisenziyasına malikdir.

Fintex Böyük Britaniyada bank kimi deyil, maliyyə xidməti kimi tənzimlənir, bu isə biznesi məhdudlaşdırır.

Bank isenziyası ilə “Revolut” Böyük Britaniyada tam hüquqlu onlayn bank olacaq. O, müştərilərə overdraft, kredit, əmanət və digər məhsullar təklif edə biləcək. Lisenziyanın tam olaraq nə vaxt veriləcəyi açıqlanmır. “Bloomberg” bunun bir ilə qədər çəkə biləcəyini qeyd edir.