11:12 - 25.07.2024
25 iyul, Fineko/abc.az. “Falck” MMC-yə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib.
ABC.AZ İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, bununla da Parkın rezidentlərinin sayı 7-yə çatıb.
Məlumata görə, müəssisədə qan depolama və test qablarının istehsalı həyata keçiriləcək. İnvestisiya həcmi 4 milyon manat olan müəssisədə 40 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.
18 Avqust 2026