15:36 - 24.07.2024
24 iyul, Fineko/abc.az. Azərbaycanda bank olmayan kredit təşkilatları 2024-cü ilin ilk yarısında kredit portfelini 13 faiz böyüdüblər.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın yanvar-iyun ayları üzrə bülletenində bildirilir.
Kredit portfelinin həcmi ilin əvvəlində 600.8 mln. manat olduğu halda, ilin ilk yarısının sonuna 681.6 manat təşkil edib.
BOKT-lərin kredit portfelində vaxtı keçmiş kreditlərin ilin əvvəlindən 20 faiz artaraq 50.9 mln. manat olub ki, bu da ümumi kredit portfelinin 7.5 faizidir. Vaxtı keçmiş kreditlərin payı ilin əvvəlində 7 faiz idi. Beləliklə, kredit təşkilatlarının xalis kreditləri 630.7 mln. manat olub.
BOKT-lər ilin əvvəlindən cəmi aktivlərini 13 faiz artaraq 854 mln. manata yüksəlib.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026