Azərbaycan kredit ittifaqlarının cəmi balans kapitalı 400 min manat azalıb

11:24 - 24.07.2024


24 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycan kredit ittifaqlarının cəmi balans kapitalı 9,1 milyon manata bərabər olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu illik müqayisədə 400 min manat və ya 4% azdır.

Ötən ilin eyni dövründə kredit ittifaqlarının balans kapitalı 9,5 milyon manat idi.

Balans kapitalının 7,5 milyon manatını nizamnamə kapitalı, 1,7 milyon manatını bölüşdürülməmiş xalis mənfəəti təşkil edib.

İllik müqayisə ilə nizamnamə kapitalı 0,1 milyon manatı (2%) böülüşdürülməmiş xalis mənfəətin həcmi 0,2 milyon manat (25%) azalıb.