Valyuta hərracında bankların tələbi 2,2% artıb

12:39 - 23.07.2024


23 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, iyulun 23-də keçirilən valyuta hərracında bankların tələbi 82 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 1,8 milyon dollar (2,24%) çoxdur.

İyulun 18-də keçirilən valyuta hərracında AMB banklara 80,2 milyon dollar satıb.

Valyuta hərracının yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.