16:32 - 19.07.2024
19 iyul, Fineko/abc.az. 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 276 ədəd minik avtomobili istehsal edilib. Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin eyni dövründə minik avtomobili istehsalı 112 ədəd və ya 68,3% artıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-iyun aylarında bu göstərici 164 ədəd təşkil edib.
2024-cü ilin 1 iyul tarixinə anbarlarda 65 ədəd yük avtomobili qalıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqyaisədə 56 ədəd yaxud 7,2 dəfə artıb.
2023-cü ilin 1 iyul tarixində anbarlarda cəmi 9 ədəd yük avtomobili vardı.
8 Avqust 2026
8 Avqust 2026