Mərkəzi Bank daha iki elektron pul təşkilatına lisenziya verib

12:15 - 18.07.2024


18 iyul, Fineko/abc.az. Mərkəz Bank (AMB) “Mpay” QSC-yə və ”Paysis” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, lisenziya “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.

“Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir”, – deyə AMB bəyan edib.