Aktiv vergi ödəyicilərinin sayı artıb

14:49 - 11.07.2024


11 iyul, Fineko/abc.az. Cari il iyulun 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı artaraq 778 min ödəyici təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov  məlumat verib.

Nazir müavini qeyd edib ki, Azərbaycanda sahibkarlığın rolu gündən-günə genişlənir və özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Hazırda ölkə üzrə sahibkarlıq subyektlərinin mütləq əksəriyyəti kiçik və orta sahibkarlıq subyektləridir və onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisiyalarda payı artır.