11:06 - 10.07.2024
10 iyul, Fineko/abc.az. Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 61.5-ci kilometrliyində (Salyan rayonu, Marışlı kəndindən keçən hissəsində) hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədi ilə sürət həddi 110 km/saatdan 90 km/saata endirilib.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qurum sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət həddinə riayət etmələrini xahiş edir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026