Son 1 ayda ölkə banklarının filiallarının sayı artıb, ya azalıb?

17:02 - 8.07.2024


8 iyul, Fineko/abc.az. Bu ilin 1 iyun tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 483, şöbələrinin sayı 97, ATM-lərin sayı 3061 olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu da mayın 1-i ilə müqayisədə müvafiq olaraq 3 vahid çox, 6 vahid və 41 vahid azdır.

Məlumata görə, hesabat ayında bank sektorunda çalışanların sayı 0.3% və ya 78 nəfər artaraq 24 188 nəfər təşkil edib.

May ayının əvvəlində bank işçilərinin sayı 24 110 nəfər olub.