10:28 - 27.06.2024
27 iyun, Fineko/abc.az. Türkiyə parlamenti respublikada kriptovalyutadan istifadə normalarını tənzimləyən və onunla qaydaların pozulmasına görə cərimələr müəyyən edən qanun layihəsini qəbul edib. Cərimələr 7,5 min dollardan 182,6 min dollara qədər təyin edilib, həmçinin fiziki şəxslər üçün üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulub.
ABC.AZ xəbər verir ki, qanun layihəsi may ayında hakim Ədalət və İnkişaf Partiyası tərəfindən parlamentə göndərilmişdi və ixtisaslaşmış idarələrin, xüsusən də Türkiyənin maliyyə bazarlarının tənzimlənməsi Departamentinin tövsiyələri nəzərə alınmaqla hazırlanmışdı.
Məhz həmin sənəd, blokçeyn və bənzər texnologiyaların inkişafı, tətbiqi və satışı sahələrində lisenziyalar verəcək, kriptovalyuta buraxacaq, paylayacaq və ticarət edəcəkdir. Artıq bütün kriptovalyuta köçürmələri qeydiyyatdan keçəcək.
Hazırda Türkiyədə kriptovalyuta sahibləri təxminən 12 milyon nəfərdir.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026