Türk lirəsi dollar qarşısında tarixinin ən aşağı səviyyəsinə düşüb

16:53 - 25.06.2024


25 iyun, Fineko/abc.az. Türk lirəsi bu gün günorta saatlarında dollar qarşısında tarixin ən aşağı səviyyəsinə düşüb.

ABC.AZ xəbər verir ki, seçkilərdən sonra aprel və may aylarında məzənnə sabit qalıb.

USD/TRY məzənnəsi iyunun 25-də günortadan sonra bir dollar üçün 33-ü keçərək türk lirəsi üçün yeni rekord minimuma çatıb.

Bu günə olan məzənnəyə görə bir dollar 33,13 lirə olub. Qeyd edək ki, lirə təkcə iyunun əvvəlindən dollar qarşısında 2%-ə yaxın ucuzlaşıb.