"Premium Bank" qaydaları pozdu - Mərkəzi Bank cərimələdi

10:45 - 11.06.2024


11 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı “Premium Bank” ASC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunmasına dair açıqlama verib.

ABC.AZ xəbər verir ki, banker.az bu məlumatı Mərkəzi Bankdan əldə edib.

Belə ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinin, habelə “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın (Qayda) 3.3.2-ci bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 438.1-ci maddəsinə müvafiq olaraq, “Premium Bank” ASC-nin vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilmişdir.

Qeyd edilir ki, müvafiq pozuntu aradan qaldırılıb.