Əsaslı büdcə xərcləri 3,3 milyard manat artacaq - Nazir

12:18 - 7.06.2024


7 iyun, Fineko/abc.az. Yenidən baxılma ilə büdcənin 852 milyon manat xərcləri optimallaşdırılaraq investisiya yönümlü infrastruktur layihələrinə, şəhərətrafı sərnişin daşınması üçün subsidiyaların verilməsi və s zəruri xərclərin maliyyə təminatı yaradılacaq”.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, əsaslı xərclər mövcud büdcə ilə müqayisədə 3 milyard 307 milyon manat artacaq.

Onun sözlərinə görə, icmal büdcənin kəsrinin məbləği təsdiq edilmiş büdcə ilə müqayisədə daralacaq, İşsizlikdən Sığorta Fondunun büdcəsi isə təsdiq olunmuş məbləğdə saxlanacaq: “Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər səviyyədə, yəni 22,9 milyon manat (4,4 faiz) artırılmaqla 539,3 milyon manat təşkil edəcəkdir”. (Apa)