10:46 - 31.05.2024
31 may, Fineko/abc.az. Bank Olmayan Kredit Təşkilatı “Azkredit” ASC 2023-cü ili 1 milyon 28 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ildə BOKT-un mənfəəti 1 milyon 320 min manat olub ki, bu da illik müqayisədə 22% azalıb.
ABC.AZ BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Azkredit”in faiz gəlirləri 440 min manat, faiz xərcləri 39 min manat təşkil edib. 2022-ci ildə isə BOKT-un gəlirləri 109 min manat olub.
Hesabat dövründə “Azkredit”in cəmi aktivləri 2 milyon 63 min manat təşkil edib ki, bu da illik müqayisədə 10% artımdır. BOKT-un kredit portfeli 972 min manatdan 1 milyon 867 min manata çatıb.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026