11:34 - 22.05.2024
22 may Fineko/abc.az. İslam İnkişaf Bankı (IDB) kiçik və orta biznesin maliyyələşdirilməsi məqsədilə Azərbaycan bankları ilə yerli valyutada istiqrazların buraxılışında maraqlıdır.
ABC.AZ xəbər verir ki, bu barədə Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.
“Hazırda IDB ilə yerli qanunvericiliyə uyğun olaraq “sukuk”un (istiqrazların islam ekvivalenti – şəriət hüququ prinsiplərini müasir maliyyə alətləri ilə birləşdirən xüsusi maliyyələşdirmə forması) gətirilməsi ilə bağlı bəzi məsləhətləşmələr aparılır. Oxşar alət bu yaxınlarda Qazaxıstan və Özbəkistanda da tətbiq olunub.
“Sukuk”un çox əlverişli qanunvericilik çərçivəsi var, ölkədə onun formalaşması hazırda davam edir və Azərbaycanda tətbiqi istər IDB, istərsə də digər maliyyə institutları tərəfindən İslam istiqrazlarının buraxılışını sadələşdirəcək”, – o bildirib.
Onun sözlərinə görə, “sukuk” hibrid alət olaraq səhm (və ya pay) kimi eyni struktura malikdir.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026