17:19 - 14.05.2024
14 may, Fineko/abc.az. Cari ilin yanvar-aprel aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 424 milyon 762 min 800 manat olub.
ABC.AZ xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 2.6 faiz çoxdur.
Bəhs olunan dövrdə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2 faiz artaraq 905.9 manat olub.
Həmçinin bu ilin yanvar-aprel aylarında muxtar respublikada 171 milyon 191 min 800 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 10.9 faiz üstələyib.
25 Avqust 2026
25 Avqust 2026