Valyuta hərracında bankların tələbi 42,6% artıb

12:34 - 14.05.2024


14 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, mayın 14-də keçirilən valyuta hərracında bankların tələbi 107,1 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 32 milyon dollar (42,61%) çoxdur.

Mayın 7-də valyuta hərracında Mərkəzi Bank banklara 75,1 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın orta çəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.

AMB-nin məlumatında deyilir ki, nisbətən yüksək tələbat ondan ibarətdir ki, qeyri-iş günü ilə əlaqədar hərrac ötən cümə axşamı qrafik üzrə keçirilməyib.