Raiffeisen Bank International Avstriyanın “Strabag” konsernində payı almaqdan imtina edib

18:49 - 8.05.2024


8 may, Fineko/abc.az. Raiffeisen Bank International (RBI) şirkətinin Direktorlar Şurası Avstriyanın Strabag tikinti konsernində biznesmen Oleq Deripaska ilə bağlı pay almaq planlarından imtina etmək qərarına gəlib. Şirkət müqaviləni həyata keçirmək üçün təsdiq almayıb.

ABC.AZ xəbər verir ki, RBI məlumatında deyilir ki, Bank "ehtiyatlılıq səbəbindən" əməliyyatdan imtina etmək qərarına gəlib.

Əməliyyat aşağıdakı sxemə əsasən nəzərdə tutulmuşdu: RBI, Rusiyanın törəmə şirkəti Raiffeisenbank vasitəsi ilə Strabag SE səhmlərinin 27,78%-ni satın almalı idi. Strabag SE-də bu pay (27,78%) “Rasperia”ya məxsusdur. Rasperia səhmlərinin 25%-nə 2007-ci ildən etibarən Oleq Deripaskanın "Baza element" quruluşu sahibdir. Əməliyyat keçirildikdən sonra səhmlərin 27,78%-i Rusiya Raiffeisenbank, RBI-nin törəmə şirkəti olan Gabarts-ın rəhbərliyi altında natura şəklində dividend olaraq təhvil verilməli idi.