Valyuta hərracında tələb 4,7% azalıb

12:27 - 2.05.2024


2 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, mayın 2-də keçirilən valyuta hərracında bankların tələbi 73,5 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 3,6 milyon dollar (4,7%) azdır.

Aprelin 30-da baş tutan valyuta hərracında Mərkəzi Bank banklara 77,1 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.