Azərbaycanda pul bazası 400,5 milyon manat azalıb

10:45 - 2.05.2024


2 may, Fineko/abc.az. 2024-cü ilin aprel ayında Azərbaycanda pul bazası 400,5 milyon manat azalıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 30.04.2024-cü il tarixində pul bazası 19 milyard 995,9 milyon manat təşkil edib.

29.03.2024-cü il tarixində pul bazası 20 milyard 396,4 milyon manata çatmışdı.

Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.