Bizim uçot dərəcə siyasətimiz neytral olaraq 6-7% aralığındadır - Taleh Kazımov

14:38 - 1.05.2024


1 may, Fineko/abc.az. Bizim uçot dərəcə siyasətimiz neytral olaraq 6-7% aralığındadır.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov 1 may tarixində keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, hal-hazırda 7,25% göstərici var, hansısa dəyişikliklər olmasa, biz neytral göstəriciləri saxlamaq niyyətindəyik.

"Göstərici neytraldan aşağı düşəndə Mərkəzi Bank yumuşalma siyasətindədir, neytraldan yuxarı qalxdıqda isə sərt siyasətdədir. Hal-hazırda 7,25% göstəricidir. Buna görə siyasət sərtdir", - deyə T.Kazımov bəyan edib.