Valyuta hərracında banklar tələbi 2,25% artırıb

14:49 - 30.04.2024


30 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, aprelin 30-da keçirilən valyuta hərracında bankların tələbi 77,1 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 1,7 milyon dollar (2,25%) çoxdur.

AMB aprelin 25-də valyuta hərracında banklara 75,4 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.