Azərbaycanda 7-8 bank üçün danışmanlıq xidməti həyata keçiririk - Mehmet Gülez

11:36 - 26.04.2024


26 aprel, Fineko/abc.az. Hazırda Azərbaycanda 7-8 bank üçün danışmanlıq xidməti həyata keçiririk.

ABC.AZ-ın məlumatına görə, bunu mətbuat konfransında "Mastercard"ın Biznesin inkişafı üzrə Vitse-Prezidenti Mehmet Gülez bəyan edib.

Onun sözlərinə görə, Azərbaycanda Banklar xidmətlərini genişləndirmək istəyir, ona görə də yerli banklar bu istiqamətdə "Mastercard"la əməkdaşlıqda maraqlıdır.

"Yerli Banklarla yanaşı, Mərkəzi Bankla da əməkdaşlığımız hazırda fərqli formada davam edir. Həmçinin, Mərkəzi Bankla açıq bankçılıq və digər yeni ortaya çıxan layihələrlə bağlı əməkdaşlıq edirik", - deyə M. Gülez bildirib.