Azərbaycanda problemli kreditlərin həcmi 20% azalıb

15:17 - 25.04.2024


25 aprel, Fineko/abc.az. Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 470.8 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 0.3% çoxdur.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bankdən daxil olan məlumata əsasən, ötən ilin eyni dövrünə nisbətən isə vaxtı keçmiş kreditlərin məbləği 20.3% azalıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1.9% təşkil edib.