14:38 - 25.04.2024
25 aprel, Fineko/abc.az. Azərbaycanın bank sektoru bu ilin yanvar-mart aylarında 311,5 milyon manat xalis mənfəət əldə edib.
ABC.AZ xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,3 % çoxdur.
Hesabat dövründə bankların əməliyyat gəlirləri 1 milyard 354,5 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 22,8 % çox), əməliyyat xərcləri 892 milyon manat (28,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 79,7 milyon manat (8,6 % çox), digər gəlirləri 1,7 milyon manat (17 dəfə çox), mənfəət vergisi ödəmələri isə 72,9 milyon manat (6,6 % çox) təşkil edib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026